Bakı Sağlamlıq Mərkəzi tibbi və inzibati heyət ilə yeni il tədbiri keçirdi.

Daha bir bol uğurlarımızın olduğu, xalqımıza layiqincə yüksək xidmət etməyin qürur hissi ilə bir ili başa vururuq. Bakı Sağlamlıq Mərkəzi tibbi və inzibati heyət ilə yeni il tədbiri keçirdi. Tədbir Dövlət himninin sədaları ilə başlanıldı. Tədbirdə açılış nitqi ilə çıxış edən Mərkəzimizin İcraçı direktoru Asiman Həsənov Bakı Sağlamlıq Mərkəzi ailəsinə qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edib, xoş arzularını dilə gətirdi. Tədbir tibbi və inzibati heyətin təltif edilməsi ilə davam etdi. Tədbirin rəsmi hissə bitdikdən sonra dəvət olunmuş müğənnilər öz ifaları ilə unudulmaz bir gecə yaşatdılar. Tədbirdə yaşanan xoş anları Sizlərə təqdim edirik.

Diqər xəbərlər